İŞİD 70 nəfəri edam etdi
İŞİD teror qruplaşması İraqın Anbar əyalətində ona qarşı çıxan “Bu Nimr” sünni qəbiləsinin 70 üzvünü edam edib.
ANS PRESS-in məlumatına görə, bu barədə qəbilə başçısı Sheikh Naeem al-Gaoud xəbər verib.
Onun sözlərinə görə, qəbilə üzvləri Ramadi şəhərində oğurlandıqdan bir gün sonra Xanizir kəndində güllələniblər. Öldürülən sakinlər İraq təhlükəsialik xidmətində işləyən hərbi qulluqçuların qohumlarıdır. Sheikh Naeem al-Gaoudinin sözlərinə görə, onlar İŞİD teror qruplaşmasının Ramadini zəbt edəndə ailələri ilə birlikdə Xanizir kəndinə qaçmışdılar. İŞİD teror qruplaşması 2014-cü ilin noyabrında da bu qəbilənin 300-dən çox üzvünü qətlə yetiriblər.
İraq təhlükəsizlik mənbələrinin Rəmadinin azad edilməsi əməliyyatına başlamasını və tezliklə terrorçulardan təmizlənəcəyini bildirir. Məlumatlarda qeyd olunur ki, İraqın Müdafiə Nazirliyi orduya və könüllülərə dəstək üçün bölgəyə 200 tank və piyadaların döyüş maşını göndərib. Hərbi texnika artıq şəhərin yaxınlığındakı Əl-Xabaniya yaşayış məntəqəsinə yerləşdirilib. İŞİD terror qruplaşması bir neçə dəfə Ramadi şəhərinə irimiqyaslı hücuma keçərək şəhərin əksər hissəsini ələ keçirib.
ABŞ ordusu və müttəfiq aviasiyası İraqda İŞİD mövqelərini bombalasalar da, ABŞ hökumətinin də etiraf etdiyi kimi bombardmanlar effekt vermir.
Mənbə:> ANSPRESS