İran Ermənistana xəbərdarlıq etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

İran Ermənistana xəbərdarlıq etdi – VİDEO

İran Ermənistana xəbərdarlıq etdi


İran Arazın suyunun çirklənməsinin qarşısını almaq üçün Ermənistana xəbərdarlıq edib.

ANS TV-nin məlumatına görə, Türkiyə, İran, Azərbaycan və Ermənistan ərazisindən keçən transsərhəd çay olan Arazın ekoloji problemləri son illər ciddi müzakirə mövzusuna çevrilib. Ermənistanın bu çayın suyunu həddindən artıq çirkləndirməsi Azərbaycanla yanaşı, artıq İranda da ciddi narazılığa səbəb olub.

İranın Ətraf Mühit və Ekologiyanı Mühafizə Təşkilatının sədri Məsumə Ebtikar Arazın suyunun kimyəvi çirklənməsinin qarşısını almaq üçün Ermənistana yenidən xəbərdarlıq edib.

“Biz Ermənistanla Araz çayının çirkləndiricilərinin davamlı formada ölçülməsi barədə müştərək bir anlaşma sənədi imzalamışıq. Bu ölkənin öz üzərinə öhdəlik götürməsini istəmişdik. Amma araşdırmalardan aydın olur ki, bu çirkləndirmələr hələ də davam edir. Vəziyyət ciddi şəkildə təhlükə yaradıb və biz bu məsələnin tezliklə həll olunmasını istəyirik. Ermənistan bu çirklənmənin almalı və çayın təmizlənməsinə çalışmalıdır”, - deyə təşkilat sədri qeyd etdi.

Hələ bu yaxınlarda Ermənistan ekologiya nazirinin İrana səfəri zamanı Araz çayının ekoloji təmizliyi məsələsi müzakirə edilmiş və Ermənistanın bu baxımdan məsuliyyətini dərk etməsi bildirilmişdi. İranın Enerji naziri Araz çayı yaxınlığında Ermənistana məxsus Mis zavodunun çirklənmədə böyük rol oynadığını söyləmiş. Bu zavodda tullantıların zərərsizləşdirilməsi üçün nəzərdə tutulan təmizləyici cihazların işə salınmadığını diqqətə çatdırmışdı. Amma görünür yalnız öz maraqlarını və gəlirini düşünən bu ölkə çayın keçdiyi qonşu ölkələrin vəziyyətindən heç də narahat deyil.

Azərbaycanda olduğu kimi, İranda da Araz çayı böyük suvarma və hidroenerji əhəmiyyət kəsb edir. Bu baxımdan rəsmi Tehran Arazın suyunun ekoloji təmizliyi problemini daim diqqət mərkəzində saxlayır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *