ABŞ Qarabağda “seçkilərin” nəticələrini tanımır
ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbinin sözlərinə görə, ABŞ Dağlıq Qarabağda keçirilən “seçkiləri”n nəticələrini tanımır.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Münaqişənin tammiqyaslı həlli kontekstində biz Dağlıq Qarabağ əhalisinin öz müqəddəratını həll etmə rolunu tanıyırıq.
Amma ABŞ Dağlıq Qarabağı müstəqil suveren bir dövlət kimi tanımır və biz sentyabrın 13-də keçiriləcək qondarma seçkilərin regionun hüquqi statusuna təsir edəcəyini qəbul etmirik”, - o bəyan edib.
Mənbə:> Oxu.Az