ABŞ sözcüsü cəhbədəki gərginlikdən danışdı
"Ağır silahlardan istifadə və mülki əhali arasında itkilərin olması barədə məlumatımız var".
ANS PRESS-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.
“Biz, Ermənistan və Azərbaycan qüvvələrinin beynəlxalq sərhəd boyunca minaatanlardan və digər ağır silahlardan istifadə etməsi, mülki əhali arasında itkilərin olması və kəndlərə ziyan dəyməsi barədə məlumatımız var. Vəziyyətin gərginləşməsindən dərin narahatlıq hissi keçiririk.” - deyə Kirbi bildirib.
Hər iki tərəfi mülki şəxslər arasında itkilərə yol verməməyə çağıran Kiribi, tərəflərin ATƏT Minsk Qrupu çərçivəsində münaqişənin dinc yolla həllinin tapılması istiqamətində öhdəliklərinin olduğunu söyləyib.
Con Kirbi ABŞ Dövlət Departamentinin nümayəndəsi
Kirbi həmçinin ABŞ-ın qondarma Dağlıq Qarabağ Respublikasında keçirləcək seçkiləri tanımadığını bildirib.
"Münaqişən həlli kontekstində Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən etmək üçün rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz sentyabrın 13-də keçiriləcək qondarma seçkiləri regionun hüquqi statusuna təsir edən amil kimi qəbul etməyəcəyik", — deyə Departament sözcüsü vurğulayıb.
Mənbə:> ANSPRESS