ATƏT Qarabağdakı “seçkilər” barədə: Mövqeyimiz dəyişməzdir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

ATƏT Qarabağdakı “seçkilər” barədə: Mövqeyimiz dəyişməzdir

ATƏT Qarabağdakı “seçkilər” barədə: Mövqeyimiz dəyişməzdir


Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı ATƏT-in mövqeyi dəyişməz olaraq qalır.

AzNews.info xəbər verir ki, bu barədə APA-ya ATƏT-in mətbuat xidmətindən işğal olunmuş Azərbaycan ərazisində separatçı rejimin “yerli özünüidarə orqanlarına seçkilər” keçirməsi ilə bağlı planlarına münasibət bildirilərkən məlumat verilib.

Mətbuat xidməti ATƏT-in Minsk qrupu həmsədrlərinin 30 aprel 2015-ci il bəyanatlarını da xatırladıb:

“Həmin bəyanatda göstərildiyi kimi münaqişənin hərtərəfli həlli kontekstində biz Dağlıq Qarabağ xalqının öz müqəddəratının təyin etmək rolunu qəbul edirik. Lakin nə 3 həmsədr ölkə, nə də başqa ölkələr Dağlıq Qarabağı müstəqil və suveren ölkə kimi tanıyır.

Həmsədrlər keçiriləcək “seçkilər”in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusunu dəyişəcəyini qəbul etmirlər. Bu heç bir halda Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və sülh yolu ilə həlli üzrə danışıqlar prosesinin nəticələrini əvvəlcədən müəyyən etmir”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *