Kraliça Yelizavetanın 23 226 günü » AzNews.info -Xəbər portalı

Kraliça Yelizavetanın 23 226 günü – FOTO

Kraliça Yelizavetanın 23 226 günü


Bu gün London vaxtı ilə saat 17.30-da kraliça II Yelizaveta Böyük Britaniyanın hakimiyyətdə olan ən uzunömürlü monarxı olacaq, bununla da öz ulu nənəsi kraliça Viktoriyadan birinciliyi alacaq.

Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü


Viktoriya taxta 18 yaşı olanda oturub və 63 il 7 ay və 2 gün hakimiyyətdə olub. II Yelizaveta 25 yaşında tac sahibi olub və hal-hazırda 63 il, 7 ay, 2 gün, 16 saat və 23 dəqiqədir ki, taxt-tac sahibidir.

Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü


İlkin olaraq Yelizaveta kraliça olmalı deyildi, amma tale başqa cür qərar verir, onun atası Corc gözlənilmədən tac sahibi olur. Belə ki, Corcun qardaşı Edvard boşanmış amerikalı Uollis Simpson ilə ailə qurmağı taxt-tacdan üstün tutur.

Yelizaveta ingilis taxtına 1952-ci il fevralın 6-da çıxıb.

Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü


Taxtda olduğu zaman ərzində Yelizaveta Uinston Çörçil də daxil olmaqla 12 britaniyalı baş naziri qarşılayıb və yola salıb. Bu vəzifədə ən çox Marqaret Tettçer çalışıb, o, 11 il müddətində bu postu tutub.

Kraliçanın taxtda olduğu dövrdən bəri ABŞ-da Harri Trumendən Barak Obamaya qədər 12 prezident dəyişib.

Kraliça Viktoriyanın taxtda olduğu dövr ərzində Birləşmiş Krallıqda 10 baş nazir dəyişmişdi. Onların 8-i kraliçadan öncə vəfat ediblər.

II Yelizavetanın hakimiyyəti dövründə işləyən baş nazirlərdən biri, konservator Con Meycor kraliçanın “siyasətdən yüksəkdə” olduğunu demişdi.

Kraliça Yelizavetanın 23 226 günü

Kraliça Yelizavetanın 23 226 günü


“Monarxlar siyasətin bir hissəsi olsaydılar, Monarxiya bu qədər populyar olmazdı”, - sabiq baş nazir deyib.

Kraliça olduqdan sonra Yelizaveta Viktoriyadan fərqli olaraq Birləşmiş Krallığın ölkələrini eninə-boyuna gəzib. Onun hesabında 325 xarici səfər var. Bu səfərlərin bir hissəsi onun monarx olduğu ölkələrin payına düşür. Bununla yanaşı, Yelizaveta heç bir formal funksiya yerinə yetirmədən, xarici və siyasətə nəzarət etmədən simvolik olaraq Birləşmiş Krallığa rəhbərlik edir.

Yelizavetanın hakimiyyəti dövründə Britaniyanın xarici siyasəti məğlubiyyətə də, uğrayıb zəfərlər də çalıb. İttifaqın ən çətin onilliklərdə 1960-80-ci illərdə saxlanılması əlahəzrət Yelizavetanın məharətidir.

Bazar ertəsi Böyük Britaniyanın baş naziri Devid Kemeron kraliçanı “dünyanın heyran olduğu möhkəm Britaniya ruhunun rəmzi” adlandırıb.

“Son 63 ildə kraliça dəyişkən dünyada sabitlik nümunəsi, onun məsuliyyət hissi və ölkəsinə xidməti isə yalnız Britaniyada deyil, eləcə də bütün dünyada heyranlığa səbəb olur”, - Kemeron deyib.

Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü


Sunday Times tərəfindən keçən həftə aparılan sorğuya əsasən, britaniyalılar öz kraliçalarını böyük monarx hesab edirlər, onu I Yelizavetadan və hətta kraliça Viktoriyadan üstün tuturlar.

Şəxsi həyata gəldikdə isə II Yelizaveta 1947-ci ildən qohumu, yunan şahzadəsi, Britaniya donanmasının baş leytenantı Filipp Mauntbetten ilə nikahdadır. Şahzadənin valideynləri bu nikaha razı deyildilər: Filipp zəngin deyildi, yüngül xasiyyət və hətta xanımların qəlbini fəth edən kişi şöhrətinə sahib idi. Britaniya krallığının təzyiqi altında toyu bir il ləngitdilər, amma şahzadə sözünün üstündə durdu. Yelizaveta və Filippin romantik sevgi əhvalatı britaniyalıların qəlblərinə toxundu və Filipp zamanla rəğbət qazandı.

Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü


Bu gün Britaniya parlamentinin icmalarının palatasının iclası bir saat gec başlayacaq ki, deputatlar da kraliçanı təbrik edə bilsinlər.

Monarxın taxtda olma rekordunu Temzada parad və atəşfəşanlıqla qeyd edəcəklər.

Gəmilərin Temza boyu uzanacaq bayram filotiliyasına kral barjası “Qloriana” da qoşulacaq.

Tauer körpüsü filotiliyanın yürüşü zamanı hörmət əlaməti olaraq qaldırılacaq. Karvan kreyser-muzey HMS Belfast yanından keçərkən artilleriya fişəngi atılacaq.

Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü
Kraliça Yelizavetanın 23 226 günü

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 1 dekabr 2018 06:20
  • Yazan: Rosie
Əsrin sevgi hekayəsi. Skandalı yaşayan məşhurlardan daha yaxşıdır. www.hotmail.com

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *