Kraliça bu günü də gördü – FOTO
Britaniya Kraliçası II Dünya müharibəsinin bitməsinin 70 illik yubileyində iştirak edib
Böyük Britaniya kraliçası II Yelizaveta Avropada II Dünya müharibəsinin bitməsinin 70 illik yubileyi ilə əlaqədar “Westminster Abbey” kilsəsində keçirilən tədbirdə iştirak edib.
ANS PRESS-in məlumatına görə, tədbirdə müharibə qurbanlarının xatirəsi yad olunub və yaylım atəşi açılıb
Yubiley tədbirinin üç gün davam etməsi nəzərdə tutulub.
Mayın 9-da saat 11:00-da ölkə ərazisindəki katedrallar zənglərini səsləndirəcək. Mayın 10-da isə “St James's” parkında veteranlar üçün qəbul təşkil ediləcək.
Mənbə:> ANSPRESS