G20 ölkələri “Ankara Bəyannamə”sini qəbul etdi » AzNews.info -Xəbər portalı

G20 ölkələri “Ankara Bəyannamə”sini qəbul etdi

G20 ölkələri “Ankara Bəyannamə”sini qəbul etdi


G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin Türkiyədə keçirilən toplantısında Ankara Bəyannaməsi qəbul olunub.

Bu barədə Oxu.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.

Nazirliyin məlumatına görə, bəyannamə hamı üçün keyfiyyətli iş yerlərinin yaradılması, tarazlı və davamlı inkişafa yardım məqsədilə bərabərsizliklərin azaldılması və bacarıqların inkişafına investisiya qoyuluşu məqsədlərinə yönəlib.

Sənəddə əmək və məşğulluq nazirləri tərəfindən son illər dünya əmək bazarında özünü göstərən tendensiyalar müzakirə edilməklə, bu sahədə gələcək fəaliyyət prioritetləri müəyyən olunur.

Prioritetlər sırasına daha çox sayda, həmçinin layiqli iş yerlərinin və daha inkluziv əmək bazarının yaradılması, sosial cəhətdən həssas qruplardan olan şəxslərin potensial imkanlarından tam istifadənin reallaşdırılması, onların əmək bazarına açıq, inklüziv və bərabər hüquqlu çıxış imkanlarına malik olmasına şərait yaradılması daxildir.

Eyni zamanda, sənəddə iqtisadi artım üçün vacib olan insan resurslarının inkişafına, peşə bacarıqlarının, əmək vərdişlərinin təkmilləşdirilməsinə investisiyanın artırılması, əmək bazarına səmərəli monitorinqin tətbiqi və s. fəaliyyət istiqamətləri əksini tapır.

Qeyd edək ki, Azərbaycanı bu toplantıda Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov təmsil edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *