Avqustda 6 rayonda əmək yarmarkası keçiriləcək – SİYAHI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti avqust ayında 6 rayonda əmək yarmarkası keçirilməsini planlaşdırır.
Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.
Nazirliyin məlumatına görə, avqustun 20-də Oğuz, avqustun 21-də Hacıqabul, avqustun 28-də Kürdəmir, Cəlilabad, Şabran rayonlarında və Şirvan şəhərində əmək yarmarkalarının keçirilməsi üçün hazırlıq işləri aparılır.
Tədbirlərdə qeyd olunan şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif ediləcək.
“Yarmarkaların keçirilmə vaxtı dəyişdirildiyi halda bu barədə əlavə məlumat veriləcəkdir”-deyə, nazirlik qeyd edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli