Səlim Müslümov işsizlikdən sığorta sisteminin qurulmasını istəyir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Səlim Müslümov işsizlikdən sığorta sisteminin qurulmasını istəyir

Səlim Müslümov işsizlikdən sığorta sisteminin qurulmasını istəyir


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Prezident İlham Əliyevə gənclərin məşğulluğunun artırılması məqsədilə Azərbaycanda işsizlikdən sığorta sisteminin qurulması barəsində təklif verib.

Oxu.Az xəbər verir ki, belə bir təkliflə nazir Nazirlər Kabinetinin dünənki iclasında çıxış edib.

Nazirin sözlərinə görə, bu gün Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir:

"Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5% olduğu halda, Avropa İttifaqında bu, 20,6%-dir.

Təsadüfi deyildir ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib”.

“Bununla belə, gənclərin məşğulluğunun artırılması üzrə xüsusi layihələrin hazırlanması,eləcə də onlara əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının yaradılması üçün aktiv məşğulluq tədbirlərinin artırılması zəruridir” - deyə, nazir əlavə edib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *