Azərbaycan Dərbənddə bir sıra obyektləri bərpa edəcək
Azərbaycan Dərbənd şəhərinin 2000 illik yubileyinə böyük töhfə verəcək.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində Dağıstan hökumətinin sədrinin müavini Anatoli Karibov danışıb.
“Azərbaycan şəhərdə bir neçə obyektin bərpasına böyük məbləğdə vəsait ayıracaq. Bu, ilk növbədə Heydər Əliyev küçəsi, daha sonra Nizami Gəncəvi parkı, eləcə də Əliyev küçəsində yerləşən internat məktəbdir”, - o qeyd edib.
Onun sözlərinə görə, indi Dərbənddə Azərbaycan teatrının bərpası və ya yeni teatrın – Azərbaycanda tikilənin eynisinin tikilməsi məsələsi həll edilir.
“Teatrın yeni binasının təxminən 2018-ci ilə qədər tikilməsi ehtimal edilir”, - o deyib.
Mənbə:> Oxu.Az