İlham Əliyev Dərbənddə Azərbaycan teatrına 5 milyon ayırdı
Azərbaycan prezidenti İlham Əliyev Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması haqqında sərəncam imzalayıb.
Oxu.Az prezidentin rəsmi saytına istinadla xəbər verir ki, sərəncama əsasən, Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Mənbə:> Oxu.Az