Abdulatipov: Əliyevlər nəsli Dağıstana yad deyil
Əliyev soyadı, Əliyevlər nəsli – Dağıstan respublikası üçün yad deyil. Ən ağır müharibə illərində Dağıstana Heydər Əliyevin qaynatası və indiki prezidentin babası Aliz Əliyev rəhbərlik edirdi. Heydər Əliyevə bizim respublikada həmişə heyranlılqa yanaşırdılar, ona doğma adam kimi baxırdılar.
Oxu.Az xəbər verir ki, bu barədə Dağıstan rəhbəri Ramazan Abdulatipov “Moskva- Baku” portalına verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dağıstanın yalnız mənəvi deyil, eləcə də ənənəvi iqtisadi-ticarət tərəfdaşıdır.
“Deməliyəm ki, Azərbaycan prezidenti İlham Əliyev bu əməkdaşlığı çox fəal şəkildə dəstəkləyir. Mən bu haqda Vladimir Vladimiroviç Putin ilə də danışmışam, o da bizim işimizi, Azərbaycan Respublikası ilə mədəni və iqtisadi əməkdaşlığımızın fəllaşmasını dəstəkləyir.
Bizim respublikada artıq Azərbaycan tərəfinin iştirakı ilə investisiya layihələri həyata keçirilir – məsələn, “Təzə tərəvəzlər” istixana kompleksi tikilir, “Daqfos” ASC-də isə mineral gübrələr, kükürd və azot turşuları istehsal edilir. Birgə həyata keçirmək üçün müzakirə etdiyimiz bir sıra layihələr var”, - Ramazan Abdulatipov deyib.
Mənbə:> Oxu.Az