İlham Əliyev mətbuatla bağlı xüsusi sərəncam verəcək
Virtualaz.org bildirir ki, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib. Onun sözlərinə görə, həmişə olduğu kimi Azərbaycan prezidentinin milli mətbuatın 140 illik yubileyinin təşkili və keçirilməsi haqqında xüsusi sərəncamı hazırlanır: “Bundan sonra tədbirlərin reallaşdırılması məqsədilə Azərbaycan Prezident Administrasiyası rəhbərinin tədbirlər planı təsdiq olunacaq və müvafiq olaraq tədbirlər keçiriləcək”.
Mənbə:> Virtualaz.org