Cəmşid Naxçıvanskinin 120 illik yubileyi keçiriləcək
Azərbaycan prezidenti İlham Əliyev Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir ki, sənədə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Mənbə:> Oxu.Az