Sterliqov azərbaycanlı müstəntiqlərə şərt qoydu
Rusiyalı sahibkar German Sterliqov bəyan edib ki, azərbaycanlı müstəntiqlər ilə görüşmək fikri yoxdur, amma əgər bunu ondan Rusiya hüquq-mühafizə orqanı əməkdaşları xahiş edərlərsə, o bu görüşə hazırdır, Oxu.Az İnterfaks-a istinadən xəbər verir.
“Mənimlə teoretik olaraq danışmaq mümkündür, əgər mən onları qonaq çağıraramsa, amma məni - Rusiya vətəndaşını Azərbaycan müstəntiqlərinin dindirməyi heç cür mümkün deyil”, - Sterliqov İnterfaks-a müsahibəsində deyib.
Bununla yanaşı o, belə bir görüşün müəyyən şərtlər altında mümkün olmasını bildirib.
“Əgər məndən bizim rusiyalı güc strukturları xahiş edərlərsə ki, məsələn, German, azərbaycanlı müstəntiqlərlə ünsiyyətdə olmaq lazımdır – bu, bizim hələ Yeltsin dövründə qəbul edilən qanunla lazımdır, o zaman mən azərbaycanlılar ilə danışaram”, - biznesmen qeyd edib.
Azərbaycan hüquq-mühafizə orqanlarının nümayəndələrinin onu dindirmək barədə xəbərdarlıq etmələrinə dair suala cavab verərkən Sterliqov cavab verib:
“Mən Rusiya vətəndaşıyam. Xəbərdarlıq edirlər-etmirlər, çağırırlar-çağırmırlar, mənim üçün fərqi yoxdur”.
Mənbə:> Oxu.Az