Sterliqov Rusiyaya qayıtmağa qorxur » AzNews.info -Xəbər portalı

Sterliqov Rusiyaya qayıtmağa qorxur

Sterliqov Rusiyaya qayıtmağa qorxur


Azərbaycan Baş Prokurorluğu rusiyalı iş adamı German Sterliqovu beynəlxalq axtarışa verdikdən sonra, o Rusiyaya qayıda bilmir.

“Bu gün German Sterliqovun arvadı və uşaqları Rusiyaya qayıtdı. Lakin German Lvoviç Dağlıq Qarabağı tərk edə bilmədi, çünki ona xəbərdarlıq ediblər ki, Rusiya sərhədçiləri onu saxlaya bilərlər”.

AzNews.info xəbər verir ki, bu sözləri “İnterfax-Azərbaycan”a biznesmenin vəkili Artur Ayrapetov deyib.

Onu sözlərinə görə, buna səbəb, Azərbaycan Baş Prokurorluğunun G.Sterliqovun beynəlxalq axtarışa verməsidir. Vəkil hesab edir ki, rusiyalı iş adamının adı “İnterpol”un bazasında var.

“İnterpol”un saytında 160 rusiyalının soyadı var, lakin əslində “İnterpol” xətti ilə beynəlxalq axtarışda 5 minə yaxın Rusiya vətəndaşı var. “İnterpol” hansı məlumatın saytda yerləşdirilməsinə özü qərar verir”, -vəkil deyib.

Qeyd edək ki, bundan əvvəl vəkil qonşu dövlətin G.Sterliqova qarşı başladığı cinayət təqibini perspektivsiz hesab edirdi.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu iyulun 28-də rusiyalı iş adamı German Sterliqovu beynəlxalq axtarışa verib. O Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilir.

Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Mənbə: Interfax.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *