ABŞ Ukrayna ilə Gürcüstan kimi davranacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

ABŞ Ukrayna ilə Gürcüstan kimi davranacaq

ABŞ Ukrayna ilə Gürcüstan kimi davranacaq


2008-ci ilin Avqust ayında, Rusiya silahlı qüvvələri, Roks tuneli vasitəsi ilə Cənubi Osetiyaya keçməyə hazırlaşarkən, Buş administrasiyasının nümayəndələri, o vaxtkı Gürcüstan prezidenti Mixael Saakaşvilliyə “Tələyə düşməmək” və “Rusiya hərbiçiləri ilə qarşıdurmaya girişməmək” tövsiyə etmişdilər. Onlar elə hesab edirdilər ki, hər hansı bir qarşıdurma Gürcüstanın tamami ilə məhv olması ilə nəticələnə bilər. Bu gün isə bəziləri belə hesab edir ki, Ukraynada, ABŞ əks mövqedə möhkəm durmalıdır. Hətta bildirilir ki, zəif mövqe nümayiş etdirmək əvəzinə ABŞ, Rusiyanın Krımı özünə birləşdirməsi zamanı rəsmi Kiyevi müqavimət göstərməkdən yayındırmamamlı idi. Lakin az adam dərk edir ki, Ukraynanı münaqişəyə təhrik etməklə, Buş administrasiyasının Gürcüstanda baş verəcəyindən qorxduğu hadisələr yaşana bilər. Çox az adam dərk edir ki, Ukraynanı daha böyük müharibə zamanı xilas etmək üçün ABŞ hansı güzəştlərə gedəcək.

Ukraynadakı krizisin ən təsirli tərəflərindən biri- Qərb liderlərinin, siyasətçilərinin və araşdırmaçılarının biganə münasibətidir. Danışıqlarda Ukrayna tərəfi “Putini dayandırmaq lazımdır” tezisi ilə çıxış edir, lakin bunu onların əvəzinə kiminsə reallaşdırmasını istəyir. NATO-nun və Mərkəzi Avropanın cəbhə xəttinə yaxın ölkələri inadla istəyirlər ki, ABŞ Ukraynanı silahlandırsın, lakin özləri bunu etmək niyyətində deyillər. (Daha doğrusu öz büdcələrini genişləndirmək istəmirlər) Qərbi Avropa ölkələri istiyirlər ki, ABŞ ərazidə təşəbbüsü ələ alaraq hər şeyə nəzarət etsin. Özləri isə böyük pul bahasına baş verəcək bu prosesdə ABŞ-ın arxasınca getmək belə niyyətində deyillər. Bu gün Avropa Birliyi Yunanıstana daha çox dəstək olur, nəinki Ukraynaya. Etiraf etmək lazımdır ki, Ukraynanın iqtisadiyyatı, Yunansıtanla müqayisədə daha yaxşı vəziyyətədir lakin olar Aİ üzvü hesab olunmurlar. Ukraynanın əhalisi 4 dəfə Yunanıstan əhalisindən çoxdur və bəzi Avropalı mütəxəssislər belə hesab edir ki, Avropanın gələcəyinə Ukraynanın təsiri böyük olacaq.

ABŞ-ın siyasi liderlərinin böyük əksəriyyəti, xüsusən də Obama administrasiyasının üzvləri Ukraynanı silahlandırmaqda maraqlıdırlar. Lakin onlardan çox azı (əgər ümumiyyətlə belələri varsa) döyüşə ABŞ əsgərlərini göndərmək istəyir. Bir sözlə onlar axırıncı ukraynalıya qədər Putinlə müharibə etməyə razıdırlar. Və yaxudda bu məqsədlə Konqresin ayıracağı pulun axırıncı dollarına qədər. Belə bir pul limitini isə onlar tezliklə əldə edə bilərlər. Belə ki, bu yaxınlarda çıxarılmış yeni qərara əsasən, hərbi kömək məqsədi ilə ayrılan 300 milyon dollar puldan 60 milyonu hücumameyilli silahlanmaya xərclənəcək.

NATO-nun demokartiyasında mövcud olan, siyasi reallıqlar, onları- Rusiya və Ukraynaya qarşı münasibətdə iki əsəs sualla üz üzə qoyur.

ABŞ Ukrayna ilə Gürcüstan kimi davranacaq


İlk sual sərtlik və qətiyyətlə bağlıdır. Onun tərkibinə iki bənd daxildir. “Qırğılar” və onların Avropadakı həmfikirliləri elə hesab edirlər ki, onlara ayrılacaq 60 milyon dollarla qarşıya qoyulan məqsədə çatmaq olar? Eyni ilə bu qədər vəsait 2016-cı ildə Vaşinqton şəhərində kitabxanaları inkişaf etdirmək məqsədi ilə ayrılacaq. Bütün bunlar İrak və Əfqanıstandakı qeyri hökümət qüvvələrinə qarşı mübarizə üçün ayrılan 100 milyardalarla dollar pulun fonunda baş verəcək. (Bu ölkələrin hərbi potensialı, Rusiya ilə müqayisə oluna bilməz) ABŞ və Avropanın Ukraynaya köməyi ya yalançı təşəbbüsdür ya da çox kiçik avans.

İlk öncə əgər ABŞ bir millət kimi Ukraynanı müdafiə etmək üçün 60 milyondan artıq pul xərcləmək niyyətində deylsə, biz bunu etiraf etməliyik. Belə etinasız münasibət Moskva ilə əlaqələri daha da gərginləşdirəcək. Belə olan halda özünü və NATO-nu çətin vəziyyətə qoymaqdansa, ən yaxşı həll yolu – danışıqlardır.

Eyni zamanda silahların çatdırılmasının tərəfdarları, baş verəcək hadisələri daha böyük bir proqramın ilk addımı hesab edirlərsə, onlar açıq şəkildə Amerika tərəfinə öz məqsədləri və mümkün xərclərlə bağlı geniş məlumat verməlidirlər. Əgər ABŞ Rusiya ilə gərgin münasibətləri özünün aparıcı xarici siyasətinə çevirmək istəyirsə bu zaman qətiyyət və milli miqyasda öhdəlik amillərini nəzər almalıdır. Geniş ictimaiyyətin dəstəyi olmasa belə bir addım atmaq olmaz (Avropada isə belə bir kütləvi dəstək demək olar ki, yoxdur) Əgər belə bir yanaşmanın tərəfdarları hesab edirlər ki, Nüvə istehsalçısı olan güclü derjava, öz zəyif nöqtələri və çatışmazlıqlarına baxmayaraq, dövlət səviyyəsində ABŞ-la qarşıdurmaya razılıq veribsə, bəs onda bu addım nə üçün hələ atılmayıb? Əgər rəsmi Moskva həqiqətən belə bir qərara gəlibsə, (nə ki, az ehtimal olunandır) bu İran və İŞİD-dən daha ciddi bir təhlükə olacaq.

Bizim siyasətimizin Rusya və Ukraynaya qarşı olan ikinci istiqaməti mənəvi xarakter daşıyır. Əgər ABŞ Ukraynanın müdafiəsi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyə hazır deylsə, Onda biz Ukraynanı bu müharibədən çəkindirməliyik. Özündən çox güclü olan rəqibinə qarşı mübarizədə Ukraynanı böyük itgilər gözləyir. Eyni zamanda belə münaqişənin sonu da görünmür. Amerika tərəfi Ukrayna hökümətini və Rusiyaya qarşı mübarizə aparan kütləni inandırmalıdır ki, onların arxasındadır. Özü də bu yalana inanmalıdır. ABŞ 1956-cı ildə Macarıstanda baş vermiş üsyan zamanı, eləcə də 1991/92 ci illərdə Səddam Hüseynə qarşı baş vermiş şiə üsyanı zamanı da eyni mövqedən çıxış etmişdi. Əgər biz Ukraynaya kömək etməyi öz mənəvi borcumuz biliriksə və eyni zamanda nəticələrlə bağlı ciddi suallara cavab tapa bilmiriksə demək biz, bir vaxtlar Corc Kennan dediyi kimi “Məzmununun əleyhinə olan, əxlaqi teatr” nümayiş etdiririk.

Corc Buş administrasiyası utanmadan Amerikanın xarici siyasətini müdafiə etmək fonunda, 2008-ci ildə Gürcüstanda baş vermiş hadisələr zamanı da eyni addımı atmışdı. Niyə də Obama Ukrayna ilə bağlı hadisələrdə eyni cür davranmasın?

Ən vacib məsələ isə budur. Özünlə dürüst olmaq, Tərəfdaşlarımız və Ukraynalılarla münasibətdə dürüst olmaq, o demək deyl ki, biz Rusiyaya qarşı təşəbbüsü əldən veririrk. Əksinə bu addımla biz, ABŞ-ın milli maraqlarını müdafiə edir və Avropada təhlükəsizliyi gücləndirmiş olarıq. Düşünülməmiş ritorika və tələsik tədbirlər Kremldə oturanlardan başqa heç kimin xeyirinə deyl, hansılar ki, hərbi müdaxilələr üçün bəhanə axtarır. Onlar bizim uğursuzluğumuzu insanların diqqətdən yayındırmaq üçün vasitələrdir. Eyni zamanda Vaşinqton da, rəsmi Kiyevi düşünülməmiş ritorika və tələsik tədbirlərdən yayındırmalıdır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *