ABŞ-ın 51. ştatı - Ukrayna
Amerikan vətəndaşı Ukraynanı ABŞ-ın 51-ci ştatı ola biləcəyi barədə təklif irəli sürüb.
AzNews.info xəbər verir ki, The Washington Post qəzetinin oxucularından biri Ukraynanı ABŞ-a birləşdirmək təklifi irəli sürüb. Şarlotsvill şəhər sakini Rey qəzetə yazdığı məktubda ABŞ-ın Rusiyaya iqtisadi sanksiyaları davam etdirməkdənsə, Ukraynanı ABŞ-ın 51. ştatı etməyi təklif edir.
Onun fikrincə ABŞ-da xeyli sayda ukraynalı, eyni zamanda Ukraynada xeyli sayda ABŞ vətəndaşı yaşayır və onların çoxlu sayda ortaq cəhətləri var. Bu ortaq cəhətlərdən ən əsası hər iki xalqın ruslara olan nifrəti və qorxusudur. Rey əmindirki, ABŞ belə təklif etsə ukraynalılar bu şansı qaçırmayacaq. Onlar ABŞ vətəndaşı olmaqdan qürur duyacaq və bu onlar üçün iqtisadi, mədəni inkişaf üçün təkan olacaq. Eyni zamanda ABŞ əhalisi Avropada kurort qazanmış olacaq. Bundan başqa, ABŞ artıq rahatlıqla Ukrayna ərazisində hərbi bazalarını yerləşdirə bilər.
Müəllifin fikrincə, əgər Rusiya daha bir qonşu ölkəni özünə birləşdirməyə cəhd edərsə, ABŞ-ın belə bir təklif etməsi hadisələrin gedişini kökündən dəyişə bilər.
Mənbə:> AzNews.info