Türkiyədə növbəti parlament seçkilərinin vaxtı açıqlanıb
Türkiyə Mərkəzi Seçki Komissiyası növbəti parlament seçkilərinin vaxtını açıqlayıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, komissiyanın sədri Sadi Güvən bildirib ki, seçkilər noyabr ayının 1-də keçiriləcək.
Qərar bu gün keçirilən iclasda qəbul edilib.
“Qış mövsümünün gəlməsini nəzərə alaraq, Mərkəzi Seçki Komissiyası seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirəcək”.
Mənbə:> Oxu.Az