Ermənistan Qarabağ üçün əriştə doğrayır – FOTO
Ağır iqtisadi böhran şəraitində olan Ermənistan höküməti qondarma Dağlıq Qarabağ respublikasına 20 milyon dollar kredit ayırıb.
ANS PRESS-in Ermənistan mətbuatına istinadən veriyi məlumata görə, bu haqda qərar Nazirlər Kabinetinin iclasında verilib.
Ermənistan maliyyə nazirinin müavini Armen Alaverdyan bildirib ki, vəsait 2015-ci ilin 3-cü rübündə təqdim ediləcək və son ödəmə tarixi kimi 2020-ci ilin 10 sentyabr tarixi göstəriləcək.
Qeyd edək ki, Ermənistan müxtəlif vaxtlarda qondarma respublikaya yardım məqəsdi ilə yardım kampaniyaları keçirir. Şuşaya yardım kampaniyalarında xaricdə yaşayan ermənilərdən milyonlarla dollar toplanır.
Bundan başqa Ermənistan hökuməti 2009-cu ildə Rusiya, ABŞ, İran, Fransa və digər dövlətlərdən topladığı ianələrin 118 min dollarını Şuşa şəhərinin erməniləşdirilməsinə xərcləyiblər.
İanələr hesabına erməniləşdirilən Şuşa şəhəri
Keçən il ABŞ bücəsinin müzakirə edildiyi dövürdə Erməni lobbisi ABŞ Konqresinin Təxsisatlar Komitəsinə Dağlıq Qarabağ regionuna 5 milyon dollar məbləğində yardımın ayrılmasını təklif edirdi. Lakin Azərbaycan tərəfinin səyləri nəticəsində erməni lobbisinin və ermənipərəst konqresmenlərin təklif etdiyi kredit tələbi qəbul edilməyib.
Beləliklə hər fürsətdə beynəlxalq arenalarda saxta bəyanatlar verən Ermənistan məşhur Azərbaycan atalar sözündə deyildiyi kimi, özü üçün umac ova bilməsə də Qarabağ üçün əriştə doğramaq istəyir.
Mənbə:> ANSPRESS