Erməni təxribatından 25 il ötür
Ermənilərin tarix boyu törətdiyi daha bir təxribatdan 25 il ötür.
ANS PRESS-in məlumatına görə, Ermənistan 1990-cı ildə Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində Ermənistan SSR parlamenti üçün seçki keçirməyə cəhd edib.
Ermənistan SSR-nin bu cəhdi baş tutmayıb.
Bundan bir qədər əvvəl Ermənistan parlamenti Dağlıq Qarabağ üzrə seçki dairələrinin yaradılması barədə qərar vermişdi.
Azərbaycan Ali Soveti isə bu qərarın qeyri-qanuni, SSRİ və Azərbaycan SSR konstitusiyalarına zidd olduğunu bəyan etmişdi.
Mənbə:> ANSPRESS