Bakıya daha bir başsağlığı
Bakıda ölümlə nəticələnən yanğın faciəsi ilə əlaqədar olaraq Qırğızıstan prezidenti Almazbek Atambayev Azərbaycan prezidentinə başsağlığı verib.
ANS PRESS-in məlumatına görə, bu barədə xəbər Qırğızıstan prezidentinin rəsmi saytında yer alıb.
"Qırğızıstan dövlət başçısı ölənlərin doğma və yaxınlarına hüznlə baş sağlığı verir, yaralananların tezliklə sağalmasını diləyir", - deyə xəbərdə bildirilir.
Qeyd edək ki, mayın 19-da səhər saatlarında Binəqədi rayonunun Azadlıq prospektində yerləşən binada 16 mərtəbəli binanın fasadının alışması nəticəsində yanğın qısa zamanda bütün binanı əhatə edib.
Səhiyyə Nazirliyi açıqlama vermişdi ki, yanğın zamanı 15 nəfər ölüb, 54 nəfər isə yaralanıb.
Mənbə:> ANSPRESS