Abel Məhərrəmov vitse-prezident oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Rəsmi, Foto

Abel Məhərrəmov vitse-prezident oldu – FOTO

Abel Məhərrəmov vitse-prezident oldu


Sankt-Peterburq Dövlət İqtisad Universitetdə 150-dək üzvü olan Avrasiya Universitetlər Assosiasiyasının (AUA) XIII Qurultayı keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, qurultayda AUA-nın Prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçinin "Avrasiya Universitetləri Assosiyasının müasir mərhələdə fəaliyyəti və inkişaf proqramı haqqında" məruzəsi dinlənilib.

100-dən çox universitet rektorunun iştirak etdiyi qurultayın işində Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib. BDU rektoru plenar iclasda "Avrasiya Universitetləri Assosiasiyası çərçivəsində inteqrasiya proseslərinin yeni üfüqləri" adlı məruzə ilə çıxış edib.

Qurultayda təşkilati məsələlər müzakirə edilib və akademik V.A.Sadovniçi yenidən Avrasiya Universitetlər Assosiasiyasının Prezidenti, akademik Abel Məhərrəmov isə vitse-prezidenti seçilib.

Qurultayda BDU rektoruna M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Elmi Şurasının qərarı ilə “Fundamental və tətbiqi elmlərin inkişafında böyük xidmətlərinə və Moskva Dövlət Universiteti ilə çoxillik səmərəli fəaliyyətinə görə” MDU-nun Fəxri professor adı, diplomu və medalı təqdim olunub.
Qeyd edək ki, BDU rektoru indiyədək Türkiyə, Rumıniya, Qazaxstan, Ukrayna, Albaniya, Çin Xalq Respublikası, Yaponiya, Gürcüstan və digər ölkələrin universitetləri və akademiyaları tərəfindən Fəxri doktor və professor adına layiq görülüb.

Abel Məhərrəmov vitse-prezident oldu

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *