Rektor işdən çıxdı
Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov vəzifəsindən azad edilib.
AzNews.info-nun məlumatına görə, bu barədə Azərbaycan Universitetinin mətbuat xidmətindən APA-ya xəbər xəbər verilib.
Universitetdə rektor dəyişikliyi dünən baş verib. Səhhətində problemlər olan ali məktəbin rektoru Eldar Qəhrəmanov öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Azərbaycan Universitetinin rektoru vəzifəsinə Fərid Əhmədov təyin edilib. Yeni rektor artıq kollektivə təqdim olunub.
Keçmiş rektor Eldar Qəhrəmanov isə ali məktəbdə fəaliyyətini davam etdirəcək və əvvəlki vəzifəsində - İnzibati idaerəetmə kafedrasının müdiri kimi çalışacaq.
Mənbə:> APA