Ramil Usubov rəis və müavinlərini vəzifəsindən azad etdi
Qərb bölgəsində kadr dəyişikliyi.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin Qərb bölgəsi üzrə regional şöbəsinin rəisi və rəis müavini vəzifələrindən azad ediliblər.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Ramil Usubov əmr imzalayıb.
Əmrə əsasən, regional şöbənin rəisi, polis polkovniki Anar Əkbərov və onun müavini, polis polkovnik-leytenantı Rəfail İsmayılov vəzifələrindən azad ediliblər.
Mənbə:> Oxu.Az