Gürcüstanın baş naziri: Təşviş lazım deyil, bu, təxribatdır
Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Dinamo”-“Qəbələ” matçında baş verən hadisəni təxribat adlandırıb.
Oxu.Az “Qruziya onlayn”a istinadən xəbər verir ki, baş nazirin sözlərinə görə, bu, ölkələr arasında münasibətlərə təsir etməyəcək.
Qaribaşvili qeyd edib ki, belə fırıldaqçılar istənilən ölkədə var, ona görə də Gürcüstan buna fikir verməməlidir.
“Təşviş lazım deyil. Belə təxribatlar idmançılara xasdır və mən sizə belə təxribat qruplarının bütün ölkələrdə fəaliyyət göstərdiyini deyərdim. Bu təxribat qruplarının Gürcüstanda fəaliyyəti zamanı da baş verib, indi eyni şey Azərbaycanda təkrarlandı.
Bu, adi təxribatdır və belə təxribatlar bizim dost münasibətlərimizə təsir etməyəcək. Bizdə “millilər” (Vahid Milli Hərəkat, sabiq iqtidar partiya – red.) olduğu kimi, onlarda da var. Bütün ölkələrdə belə insanlar var. Biz buna diqqət verməməliyik və inkişafı davam etdirməliyik”, - İrakli Qaribaşvili bəyan edib.
Mənbə:> Oxu.Az