Gürcü nazir: Təxribatlar çox zaman Gürcüstandan qaynaqlanır
Təbii mühitin mühafizəsi naziri Giqla Aqulaşvili Avropa Liqasının təsnifat mərhələsində “Dinamo”-“Qəbələ” matçında baş verən hadisədən danışarkən, təxribatların çox zaman Gürcüstandan qaynaqlandığını bildirib. Oxu.Az “Gruziya-onlayn”a istinadən xəbər verir.
“Təbii ki, bu, xoşagəlməz hadisədir. Təəssüf ki, təxribatlar çox zaman burdan qaynaqlanır. Hər halda bu hadisə mənə məlum olduğu qədər, Gürcüstanda baş verən hadisədən sonra baş verib.
Ona görə də düşünürəm ki, səlahiyyətli olan xidmətlər, ciddi tədbirlər görməlidirlər, çünki buradan təxribat iyi gəlir”, - Giqla Aqulaşvili deyib.
Onun sözlərinə görə, bu təhrikedici davranışın uzağa gedən planları var, müvafiq xidmətlər buna yol verməməli və təxribatçılara qarşı ciddi tədbirlər görməlidirlər.
Mənbə:> Oxu.Az