İspaniya XİN: Dağlıq Qarabağdakı “parlament seçkiləri”ni tanımırıq
2015 il 3 may tarixində Dağlıq Qarabağda keçirilməsi nəzərdə tutulmuş “parlament seçkiləri” ilə əlaqədər, İspaniya xatirladır ki, sözügedən seçkilərin hər hansı bir etibarlılığı və legitimliyi yoxdur.
AzNews.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İspaniya XİN-in yaydığı bəyanatda bildirilib.
Bu ərazinin ayrılması güc tədbiq etmənin nəticəsidir, beynəlxalq hüquqa ziddir və Azərbaycan tərəfindən tanınmamışdır.
İspaniya höküməti, bu fürsətdən istifadə edərək, hər iki tərəfi, danışıqlarda hazırki status-kvoya son qoymağa və Dağlıq Qarabağ münaqişəsinin siyasi və davamlı həllinin tapılması məqsədilə BMT Nizamnaməsi və Helsinki Yekun Aktının əsas prinsiplərinin tətbiqi əsasında regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən danışıqların davam etdirilməsinə çağırır.
Mənbə:> Oxu.Az