Nepalda ölü sayı 4000 oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə, Dünya, Foto

Nepalda ölü sayı 4000 oldu – FOTO

Nepalda ölü sayı 4000 oldu


Nepalda dəhşətli zəlzələ nəticəsində ölənlərin sayı 4 minə çatıb.

ANS PRESS-in məlumatına görə, Türkiyəli xilasedicilər dağıntılar altından bir kişini 36 saatdan sonra sağ xilas ediblər. Xəsarət alan şəxsin şüuru özündə olub. Üzərindən 3 gün keçməsinə baxmayaraq, dağıntılar altında hələ də sağ qalanların olduğu ehtimal edilir. İnsanlar hələ də ümidlərini itirməyiblər. Lakin təbii fəlakət bölgələrində ağır texnikanın çatışmazlığı xilasetmə əməliyyatlarını ləngidir. İnsanlar fərdi şəkildə dağıntıları təmizləməyə çalışırlar.

Nepal rəsmiləri ölü sayının artacağını proqnozlaşdırırlar. Rəsmilər hələlik bəzi dağlıq kəndlərdən xəbər ala bilmədiklərini də qeyd ediblər.

Məlumata görə, zəlzələ nəticəsində 6 500-dən çox insan xəsarət alıb.

Ölkəyə humanitar yardım göstərməyə çalışanlar da az deyil. İndiyə qədər Azərbaycan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Böyük Britaniya, Çin və İsrail Nepala yardım əlini uzadıb. Amerika Birləşmiş Ştatları dövlət katibi Con Kerri Nepala əlavə olaraq 9 milyon dollar məbləğində maliyyə dəstəyi vəd edib.

Nepalda ölü sayı 4000 oldu
Nepalda ölü sayı 4000 oldu
Nepalda ölü sayı 4000 oldu
Nepalda ölü sayı 4000 oldu
Nepalda ölü sayı 4000 oldu

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *