Nepal zəlzələsi bir həftə əvvəldən məlum olub
Nepalda baş verən və hazırda verilən məlumata görə, 2 500-dən çox insanın öldüyü 7.9 ballıq zəlzələ bir həftə əvvəldən məlum olubmuş.
ANS PRESS-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bir həftə əvvəl bölgədə 50-yə yaxın kiçik yeraltı təkan qeydə alınıb və bir çox seysmoloq bölgəyə cəlb olunub.
Araşdırmaçılar böyük bir zəlzələ olacağı barədə xəbərdarlıq etsələr də onun bu qədər tez olacağını gözləməyiblər.
Qeyd edək ki, ötən həftə Nepalda şiddətli zəlzələ baş verib. Episentri paytaxt Katamantu olan və yerin 10 km dərinliyində qeydə alınan zəlzələ 7.9 bal gücündə qeydə alınıb.
Təbii fəlakət nəticəsində 2 500-dən çox insanın öldüyü bildirilir.
Mənbə:> ANSPRESS