Qiymətlər bir ildə 52 faizə yaxın artıb, özəl sektor can verir... » AzNews.info -Xəbər portalı

Qiymətlər bir ildə 52 faizə yaxın artıb, özəl sektor can verir...

Qiymətlər bir ildə 52 faizə yaxın artıb, özəl sektor can verir...

İranda ABŞ-ın tətbiq etdiyi ölkəni neft gəlirlərinin yarısından məhrum edən sanksiyaların təsiri altında inflyasiya tempi kəskin artıb.

Virtualaz.org xəbər verir ki, “TradingEconomics”in məlumatlarına əsasən aprel ayında bu ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 51.4 faiz artıb. Habelə mart ayı ilə müqayisədə inflyasiya 3.9 faiz artıb ki, bu da 1995-ci ilin dekabr ayından bəri qeydə alınan rekord göstəricidir.

İranda ən çox bahalaşan ərzaq məhsullarıdır-84 faiz. Geyim, ayaqqabı və nəqliyyat xidmətləri isə 50 faizdən çox artıb. Milli valyutanın-rialın məzənnəsi son dörd ayda “qara bazarda” 17 faiz aşağı düşüb və neft ixracının azalmasının təsiri altında rial dəyərdən düşməkdə davam edir. Xatırladaq ki, ABŞ mayın 3-dən etibarən İrandan neft ixracına tamamilə qadağa qoyub, bundan əvvəl Türkiyə, Hindistan və bəzi digər ölkələr İrandan neft almaq üçün güzəştlərə malik idi.

Qiymətlər bir ildə 52 faizə yaxın artıb, özəl sektor can verir...


Hələ neft ixracının tam qadağan olunmasına qədər İranın neft ixracı kəskin azalmışdı. Belə ki, aprel ayında İran gündə 1 milyon barreldən də az neft sata bilib. Bir il əvvəl isə gündə 2.3 milyon barrel neft satırdı. Hesablamara görə ABŞ-ın sanksiyalarının təsiri nəticəsində İran iqtisadiyyatı bir ildə azı 10 milyard dollar gəlirdən məhrum olub.

“Bank of America” hesab edir ki, Türkiyə, Hindistan və daha 6 ölkənin İrandan neft almağa müvəqqəti icazəsinin ləğv edilməsinin nəticəsində Tehranın ixrac gəlirləri daha iki dəfə azalacaq.

İran iqtisadiyyatı və əhalisi Birləşmiş Ştatların maliyyə təzyiqinin ağrısını demək olar, hər gün hiss edir. İran bank və şirkətlərinin xariclə istənilən iqtisadi əməkdaşlığını önləməyi hədəfləyən sanksiyaların siyasi məqsədi İran hökumətinin idarəçiliyini, siyasi, hərbi vəiqtisadi ambisiyalarına çatmasını çətinləşdirməkdir.

Qiymətlər bir ildə 52 faizə yaxın artıb, özəl sektor can verir...


Ancaq Atlantik Şurasının saytında Mohsen Tavakol yazır ki, reallıqda sanksiyalar daha çox özəl sektora ziyan vurur. İranda işçi qüvvəsinin böyük hissəsi bu sektorda çalışır və deməli, ziyanı ortabab iranlılar çəkir.

82 milyon əhalisi olan İran dünya iqtisadiyyatları içində 18-cidir. Belə böyük əhalinin istehlakını ödəməyə təkmil biznes infrastrukturu lazımdır. Qədim ticarət və azad bazar tarixçəsi olan İranda özəl sektor vacib rol oynayır. Lakin bu sektor 1979-cu il islam inqilabından bəri yaxşı idarə olunmayan hökumət, zəif dövlət administrasiyası və ədliyyə sistemi, tənzimləyici qurumların olduğu mühitdə mübarizə aparır.

Müəllif İranın indiyədək heç vaxt qlobal iqtisadiyyatdan təcrid olunmadığını yazır. Bu səbəbdən indiki sanksiya və embarqolar özəl sektorun durumunu daha da çətinləşdirib. Özəl şirkətlərin böyük hissəsi xarici ticarətdən asılıdır. Məsələn, dərman istehsalı üçün xammal, yüksək texnologiya sənayeləri üçün proqram modulları, daha öncə idxal olunmuş məhsullara ehtiyat hissələr lazımdır. İxraca gəlincə, İran ərzaq məhsulları, keramika, tikinti materialları, neft və kimya məhsulları ixrac edir.

Qiymətlər bir ildə 52 faizə yaxın artıb, özəl sektor can verir...


Beynəlxalq ticarətdən ötrü beynəlxalq banklara, sığortaya, karqo xidmətlərinə çıxış lazımdır. İran şirkətləri həmçinin İran Mərkəzi Bankından valyuta ala bilməlidir.

Amma beynəlxalq maliyyə sistemlərinə çıxışın məhdudlaşdırılması İrandakı özəl şirkətlərə ciddi ziyan vurur, onlar xaricdən pul ala, yaxud ödəniş də bilmirlər. Üstəlik, beynəlxalq daşıma və kuryer xidmətlərinə çıxışın olmaması da məhsul və xidmət əldə etməyi əngəlləyir.

Son bir neçə ayda Mərkəzi Bank İranın özəl şirkətlərinə avro verə bilmir. Əvəzində İranın neft satışına görə Çində yığılmış renminbi ayırıb. Problem ondadır ki, şirkətlər Çin pulunu avroya çevirib avropalılar və digərləri ilə biznes qura bilmirlər. Renminbi gərək Çində xərclənə. Bu pulun qeyri-rəsmi yollarla Avropaya transferi isə köçürülən məbləğin 20 faizi qədər əlavə xərcə başa gəlir.

Belə görünür ki, ABŞ-ın yeni sanksiyalar dalğası İran iqtisadiyyatını çökdürməkdədir və sanksiyalar hazırda Vaşinqtonun əlində ən təsirli silahdır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *