İran neft hasilatını artıracaq
Yaxın gələcəkdə İran neft hasilatını gündə əlavə 700 min barelə qədər artıra bilər.
Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, bu barədə İran Milli Neft şirkətinin direktoru Roknoddin Cavadi bildirib.
“Altınci 5-illik inkişaf planın məqsədlərindən biri hasilatı gündə 4,7 milyon barelə qədər çatdırmaqdır. Buna nail olmaq üçün biz istehsalı 700 min barel artırmalıyıq”, - o qeyd edib.
Bundan əvvəl Cavadi İranın Avropaya neft nəqlini artıracağını da bildirib.
“Fevralın sonuna qədər biz Avropaya növbəti partiya nefti yola salacağıq. Bu sanksiyaların ləğvindən sonra ikinci partiya olacaq”, - Cavadi deyib.
Mənbə:> Oxu.Az