Avropada İran neftinin ilk alıcısı “Lukoyl” oldu
İran neftinin Avropada ilk alıcısı “Lukoyl”un satış bölməsi olan “Litasco” şirkəti olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters treydeylər arasındakı mənbəsinə istinadən xəbər verir.
Onların sözlərinə görə, fevral ayında Avropa və Asiyaya ümumilikdə 6 tanker neftin nəqli nəzərdə tutulub.
“Litasco” “Lukoyl”un Rumıniyadakı neft emalı zavoduna 1 milyon barrel neft tədarük edəcək. Bu partiya İrandan fevralın 5-də göndəriləcək.
“İran neft hasilatını sutkada ən azı 500 min barelə qədər artırıb, və bazar bunu yaxın günlərdə görəcək. Avropalı alıcılarla 3 saziş imzalanıb... İran həmçinin Asiyadakı ənənəvi müştəriləri ilə danışıqlar aparır”, - agentlik İrandakı mənbəyə istinadən xəbər verir.
Rəsmi Tehran artıq Yunanıstanın Hellenic Petroleum və Fransanın Total şirkətləri ilə də razılığa gəlib.
Ekspertlər qeyd edirlər ki, İran yanvar və fevral aylarında neft ixracını 20%-dən çox artıracaq.
Mənbə:> Oxu.Az