“LUKOYL” İran bazarına qayıdır
Rusiyanın “LUKOYL” neft şirkəti İran bazarına qayıtması üçün bu ölkə ilə danışıqlara başlayıb.
Oxu.Az Ria.ru-ya istinadən xəbər verir ki, “LUKOYL” şirkətinin prezidenti Vahid Ələkbərov Vyanada İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşüb.
Şirkətin rəhbəri nazir ilə görüşündə “Anaran” geoloji-kəşfiyyat yatağına qayıtması məsələsini müzakirə edib.
““Anaran” yatağı da daxil olmaqla bir sıra məsələləri müzakirə etdik. Bu gün biz bir sıra təkliflər irəli sürdük. Bizim İranın körfəzə bitişik şimal hissəsi də daxil olmaqla, həmin yataqda işləməklə bağlı imzalanmış memorandumumuz var”, - deyə Ələkbərov jurnalistlərə deyib.
Qeyd edək ki, şirkət İrana qarşı tətbiq edilən sankiyalar ilə əlaqədar 2007-ci ildə layihədən çıxmışdı. 2013-cü ildə isə İran şirkətə layihə ilə bağlı 60 milyon dollar ödəmişdi.
Mənbə:> Oxu.Az