“Ucuzlaşma çox çəkməyəcək”
Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov “IHS Ceraweek 2015” konfransında çıxış edib.
ANS PRESS-in məlumatına görə, ABŞ-da konfransda çıxış edən azərbaycanlı milyarder şirkət öhdəliklərindən başqa, neftin ucuzlaşması məsələsinə də toxunub.
O, neftin qiymətinin qiymətinin ən aşağı səviyyəyə düşdüyünü, əvvəlcədən bu il göstəricilərdə “sıçrayışlar”ın gözlənildiyini, lakin bu prosesin uzun çəkməyəcəyini diqqətə çatdırıb.
Analitiklərin fikrincə isə WTİ markalı neftin bir barelinin qiyməti tezliklə 32 dollara qədər azalacaq.
Qeyd edək ki, 1993-cü ildən Rusiyanın məşhur “LUKoyl” şirkətinə başçılıq edən V. Ələkbərov dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. O, 1990-1991 –ci illərdə SSRİ neft və qaz sənayesi nazirinin müavini, 1991-1992 – ci illərdə SSRİ neft və qaz sənayesi nazirinin birinici müavini olmuşdur. 1991-ci ilin sonunda V.Ələkbərov Perm, Volqoqrad və Majeyski (Litva) zavodları ilə “Lanqenpasneftqaz”, “Ukrayneftqaz” və “Koqalımneftqaz” (sonradan bu üç zavodun baş hərfləri “LUKoyl” şirkətinin adına çevrildi) arasında müqavilənin imzalanmasına nail olaraq Rusiyada ilk neft konsernini yaradıb.
Mənbə:> ANSPRESS