İranla Yunanıstan neftlə bağlı razılığa gəlib
Afinada aparılan danışıqlarda sonra Yunanıstan neft şirkəti Hellenic Petroleum və İran dövlət neft şirkəti NIOC neft satışı ilə bağlı uzunmüddətli çərçivə sazişi imzalayıblar, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Yunan şirkətindən bildiriblər ki, saziş neft nəqli sahəsində əməkdaşlıq və 2011-ci ildə beynəlxalq sanskiyaların tətbiqi nəticəsində yaranmış maliyyə məsələlərinin həllini özündə ehtiva edir.
Hellenic Petroleum şirkətinin rəhbərliyi razılığın əldə olunmasından məmnunluğunu bildirib. Şirkət hesab edir ki, bu saziş hər iki tərəfin marağındadır.
Qeyd edək ki, bu İrana qarşı tətbiq edilən sanksiyaların ləğvindən sonra rəsmi Tehranın neft sahəsində imzaladığı ilk razılaşmadır.
Tərəflər, həmçinin, qaz və elektrik enerjisi ilə bağlı məsələləri müzakirə edib. Hər iki ölkə çərçivə sazişinin tezliklə icrasına başlayacağını açıqlayıb.
Mənbə:> Oxu.Az