İran neft hasilatını artıra bilər
Sanksiyaların ləğvindən sonra çox güman ki, İran neft hasilatını artıracaq və bazarda öz payını geri qaytaracaq.
Oxu.Az İran.ru-ya istinadən xəbər verir ki, bu sözləri İran İslam Məsləhət Şurasının Energetika Komissiyasının katibi Əmir Abbas Soltani bildirib.
Soltaninin sözlərinə görə, Vyanada “Altılıq” ölkələri arasında imzalanmış İran nüvə proqramına dair iş planı hərtərəfli olaraq öyrənilir:
“İş planı müzakirələr üçün ixtisaslaşdırılmış kommisiyalara, eləcə də energetika komissiyasına göndərilib.
Plan praktiki olaraq reallaşdıqdan sonra İran üzərindən maliyyə, sığorta, neft sektoru üzrə sanksiyalar ləğv edilmiş olmalıdır” - deyə, o qeyd edib.
Qeyd edək ki, energetika kommisiyasında adıçəkilən planın müzakirəsinin oktyabrın əvvəlində qurtaracağı güman edilir.
Mənbə:> Oxu.Az