Tehran “Total” ilə neft tədarükünə dair müqavilə imzaladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Tehran “Total” ilə neft tədarükünə dair müqavilə imzaladı

Tehran “Total” ilə neft tədarükünə dair müqavilə imzaladı


İranın Milli Neft Şirkəti (NİOC) Fransanın “Total” şirkəti ilə neft tədarükünə dair müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyinə istinadən İnterfaks məlumat yayıb.

Bu müqavilə “Total”a İrandan gündə 150-200 min barel neft almaq imkanı yaradacaq.

Agentliyin məlumatına görə, “Total” sanksiyaların ləğvindən sonra İranın neft tədarükü üzrə Avropadan olan ilk müştərisi deyil. İranın neft sənayesi nazirinin müavini Roknoddin Cavadi müqavilə bağlanan ilk ölkənin adını dəqiqləşdirməyib.

Cavadi, gələn il üçün 2,3 milyon barel neft tədarükünə istinad edərək, “bu yaxınlarda 500 min barel neft hasilatının və ixracının tamamən real” olacağını bildirib, agentlik məlumat yayıb.

Eləcə də hazırda İran Avropada İspaniya, İtaliya, Almaniya, Fransa, Çexiya, Yunanıstan və Böyük Britaniya kimi müştərilər ilə danışıqlar aparır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *