"Mənim xəstə insanlarla işim yoxdur..." » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

"Mənim xəstə insanlarla işim yoxdur..." SARKİSYAN QƏBRİSTANLIQDA GÖRSƏNDİ

"Mənim xəstə insanlarla işim yoxdur..."

Ermənistanın sabiq prezidenti, hazırkı baş nazir Nikol Paşinyanın 2018-ci ilin aprelində başlatdığı “məxməri inqilab” nəticəsində istefa verməyə məcbur edilən Serj Sarkisyan aprel döyüşlərində ölən erməni hərbçilərin xatirəsini yad etmək üçün “Erablur” hərbi panteonuna gələrkən jurnalistlərin sual yağışına düşüb və çoxsaylı iradlarla üzləşib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, jurnalistlərin mühasirəyə aldığı Sarkisyan onların suallarını cavablandırmaqdan imtina edib və sakitcə erməni əsgərlərin məzarları önündən keçərək güllər qoyub.

Lakin KİV nümayəndələrindən birinin aprel döyüşləri ilə bağlı onun ünvanına səsləndirdiyi tənqidi və alçaldıcı suala reaksiya verməyə məcbur olub.

Jurnalistlərdən biri “Aprel döyüşləri ilə bağlı əvvəlcədən razılıq əldə olunması barədə fikirlər səslənir” deyərək replika atıb və Sarkisyan buna “Mənim xəstə insanlarla heç bir işim yoxdur” cavabını verərək, bu cür düşünənlərin xəstə təfəkkür sahibi olduğunu deyib.

“Bəs siz nə zaman danışacaqsınız” sualına isə Sarkisyan “vaxtı gələndə” deyərək avtomobilinə əyləşib və jurnalistlərdən uzaqlaşıb.

Ermənistanın müxalif Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan isə sensasiyalı bəyanatla çıxış edərək bildirib ki, Serj Sarkisyanın anonsunu etdiyi gözlənilən çıxışın vaxtı olduqca yaxındır: “Prezident Serj Sarkisyanın sözlərinə tələb və onu gözləyənlər var. Bir siyasi lider kimi onun deyəcək çox sözü var”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *