Hoqland: Lavrov planı həm Bakıda, həm də Yerevanda rədd edildi
“Uzun müddətdir ilk dəfə Ermənistan lideri əslən Dağlıq Qarabağdan deyil, ona görə də o olduqca ehtiyatlı olmalıdır və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində radikal addımlar atmamalıdır”.
Bunu “Amerikanın səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland deyib.
Onun fikrincə, Ermənistan baş naziri Nikol Paşinyan üçün Qarabağ münaqişəsi çox çətin problemdir.
“Qarabağ nizamlanmasında ən yaxşı strategiya kiçik addımlarla irəliləməkdir”, - deyə diplomat vurğulayıb.
Hoqland həmçinin qeyd edib ki, “Lavrov planı” nə Bakı, nə də Yerevanda qəbul olunmayıb.
Xatırladaq ki, Sergey Lavrovun Qarabağ nizamlanmasına dair təklif etdiyi sənəd Madrid prinsiplərinə əsaslanır.
Mənbə:> Amerikanın səsi