“Bu hökuməti Qarabağ maraqlandırmır…” – Keçmiş həmsədr Tramp höküməti haqda » AzNews.info -Xəbər portalı

“Bu hökuməti Qarabağ maraqlandırmır…” – Keçmiş həmsədr Tramp höküməti haqda

“Bu hökuməti Qarabağ maraqlandırmır…” – Keçmiş həmsədr Tramp höküməti haqda


ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik hesab edir ki, Birləşmiş Ştatların indiki administrasiyasını Dağlıq Qarabağ münaqişəsi maraqlandırmır.

Virtualaz.org xəbər verir ki, keçmiş diplomat bu barədə Amerikanın “Atlantic Council” analitik mərkəzi tərəfindən təşkil edilmiş “Dondurulmuş münaqişələr və Kremlin gündəmi” mövzusunda müzakirələrdəki çıxışı zamanı deyib. Uorlik bildirib ki, o Tramp administrasiyasının Qarabağ məsələsi ilə maraqlandığına dair hər hansı əlamət görmür.



“Moskvanın etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirləri dəstəkləmək marağı var. ABŞ bunda iştirak etməlidir. Sonuncu administrasiya (Obama administrasiyası) bu prosesi başladı, amma mən indiki administrasiyanın Dağlıq Qarabağla maraqlandığına dair hər hansı sübut görmürəm”-Ceyms Uorlik belə deyib.

Onun fikrincə ABŞ-ın Minsk Qrupundakı indiki həmsədrinin ən azından səfir ranqı olması vacibdir. Ceyms Uorlik qeyd edib ki, ABŞ, Fransa və Rusiya hazırda Qarabağ məsələsində insanlar arasında təmaslara və etimadın möhkəmləndirilməsinə diqqət yetirməlidir.

Bəs münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdiirilməsinə ABŞ-ıın mövqeyi necə olacaq? Ceyms Uorlik müzakirə iştirakçılarından birninbu barədə sualına cavab verərək deyib ki, həmsədr ölkələr arasında heç bir sənəddə əksini tapmayan centlmen razılaşması var. Bu razılaşmaya əsasən Minsk Qrupu razılaşır ki, həmsədr ölkələrin və ya qonşu ölkələrin qüvvələri sülhməramlı missiyada iştirak etməyəcək.

Keçmiş həmsədr hesab edir ki, Qarabağda münaqişə alovlansa Rusiya onu təkbaşına həll etmək imkanında olmayacaq. Onun fikrincə digər münaqişələrdən fərqli olaraq Rusiya və ABŞ-ın Qarabağda ümumi maraqları var: qeyri-stabil situasiya və hərbi əməliyyatlar onların heç birinin maraqlarına uyğun deyil.

Ceyms Uorlik münaqişənin həllinə dair ötən il müzakirə olunmuş “Lavrov planı” haqda da danışıb. “Lavrov tərəfindən təklif edilmiş nizamlama planı bizim təklif edəcəyimizdən çox da fərqlənməzdi”-o bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *