ATƏT sədri: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyiş var
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyiş var.
TASS xəbər verir ki, bunu cümə axşamı ATƏT-in fəaliyyətdə olan sədri, İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanes təşkilatın Daimi Şurasının iclasında çıxışı zamanı deyib.
İtaliya xarici siyasət idarəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, o, hər iki ölkədə seçkilərin keçirilməsinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ ərazi mübahisəsinin nizamlanması üzrə danışıqlar prosesində irəliləyişin olduğunu qeyd edib.
Nazir həmçinin bildirib ki, ATƏT Şərq və Qərb arasında konstruktiv dialoq üçün meydan olmalıdır.
Mənbə:> TASS