İtaliya Qarabağ münaqişəsinin həlli üzrə səy göstərməyə hazırdır » AzNews.info -Xəbər portalı

İtaliya Qarabağ münaqişəsinin həlli üzrə səy göstərməyə hazırdır

İtaliya Qarabağ münaqişəsinin həlli üzrə səy göstərməyə hazırdır


İtaliya ATƏT-ə sədrliyi və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu müddətdə Avropadakı dondurulmuş münaqişələrin, o cümlədən Qarabağ münaqişəsinin sülh yolu ile həli üzrə səy göstərməyə hazırdır.

Oxu.Az-ın məlumatına görə, bu barədə İtaliya xarici işlər naziri Paolo Centiloni Bakıda Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ilə danışıqların yekunu üzrə brifinqdə deyib.

P.Centiloni bildirib ki, İtaliya ATƏT məkanında demokratik proseslərin inkişafına xüsusi diqqət ayırmaq niyyətindədir.

İtaliya XİN rəhbəri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq problemin danışıqlar yolu ilə həllinin tapılmasında İtaliyanın öz töhfəsini verə biləcəyini söyləyib.

“Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə, həmsədrlərin işinin gücləndirilməsi üçün səylərimizi əsirgəməyəcəyik”, - o deyib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *