Almaniya Qarabağ münaqişəsinin həllinə kömək edəcək
Almaniyanın ATƏT-dəki sədrliyi dövründə sülh və təhlükəsizlik əsas prioritet olacaq.
Oxu.Az-ın məlumatına görə, bu sözləri Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib.
O bildirib ki, üç gündən sonra Almaniya xarici işlər naziri ATƏT Daimi Şurasında prioritetləri açıqlayacaq.
“Almaniya sədrliyi “dondurulmuş” adlandırdığımız davam edən münaqişələrə, o cümlədən sizin də cəlb olunduğunu münaqişəyə diqqət ayıracaq”, - deyə Tempel bildirib.
Səfir Almaniyanın üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafına da böyük diqqət yetirəcəyini söyləyib.
“Bu istiqamətdə müxtəlif konfrans, biznes forumlar keçiriləcək. Onlar bütün üzv ölkələr üçün açıq olacaq”, - deyə səfir qeyd edib.
Mənbə:> Oxu.Az