Məmmədyarov: Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv dialoq aparılır
“Maneələri mərhələlərlə aradan qaldırmalıyıq”.
“İndi biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə intensiv dialoq aparırıq”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
“Deyə bilərəm ki, Sergey Lavrovun bizimlə bölüşdüyü informasiya bizi ümidləndirir. İndi intensiv dialoq aparırıq. Əvvəlki görüşlərin hamısı bu dondurulmuş münaqişənin həllində irəliləyişə nail olmaq üçün idi. Həll məsələsində maneələri mərhələlərlə aradan qaldırmalıyıq”, - deyə Azərbaycan xarici işlər naziri bildirib.
O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi faktının bütün region üçün böyük təhlükə yaratdığını vurğulayıb.
Mənbə:> Oxu.Az