Lavrov Yerevanda Qarabağ məsələsini müzakirə edəcək » AzNews.info -Xəbər portalı

Lavrov Yerevanda Qarabağ məsələsini müzakirə edəcək

Lavrov Yerevanda Qarabağ məsələsini müzakirə edəcək


Rusiya xarici işlər naziri Sergey Lavrov 20-21 noyabr tarixlərində Ermənistana səfər çərçivəsində bu ölkənin xarici işlər naziri və prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək.

APA-nın məlumatına görə, bu, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda əksini tapıb.

Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda qeyd edilib ki, S. Lavrov Yerevanda Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və prezident Serj Sərkisyanla görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq, müxtəlif təşkilatlarda və beynəlxalq forumlarda birgə fəaliyyət müzakirə ediləcək. S. Lavrov görüşlərdə regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini də müzakirə edəcək.

Səfər çərçivəsində Rusiya və Ermənistan xarici siyasət idarələri arasında 2018-2019-cu illər üçün məsləhətləşmə planının da imzalanması gözlənilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *