Davos görüşündən sonra Paşinyana hücumlar başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Davos görüşündən sonra Paşinyana hücumlar başladı

Davos görüşündən sonra Paşinyana hücumlar başladı

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Davosda Dünya İqtisadi Forumunun kuluarlarında keçirilmiş qeyri-formal görüşdən sonra Yerevanda dərhal Paşinyana hücumlar başlayıb. Keçmiş hakimiyyətin adamları və onlara bağlı KİV-lər Paşinyanı qapalı danışıqlar aparmaqda və “torpaqları qaytarmağa yönəlmiş” qəsddə günahlandırmağa başlayıblar.

Bu təzyiqlərdən sonra Nikol Paşinyan Davos görüşü haqda daha ətraflı danışmalı olub. Bildirib ki, Azərbaycan prezidenti ilə münaqişənin nizamlanmasına dair hansısa konkret plan üzərində danışıqlar aparmayıb. Sadəcə olaraq fikir mübadiləsi ediblər, danışıqlar prosesinin tarixçəsinə nəzər salıblar. Nə vaxt hansı məsələnin müzakirə olunduğunu müzakirə ediblər, vəssalam.

Hərçənd erməni mətbuatında və ekspert çevrələrində, habelə Serj Sərkisyanın Respublika partiyasında Paşinyana yenə inanmayıblar. İddia ediblər ki, əgər xarici işlər nazirləri vaxtaşırı görüşüb saatlarla danışıqlar aparırsa və indi də Paşinyan Azərbaycan prezidenti ilə görüşürsə deməli bu müzakirələrin nəsə gizli gündəmi var. Habelə Paşinyanı ittiham edirlər ki, o hakimiyyətə gələndən dərhal sonra qarabağlı olmadığı üçün Azərbaycanla Dağlıq Qarabağın taleyi ilə bağlı danışıqlar aparmayacağını, ancaq Ermənistanın adından danışa biləcəyini deyib. Bildirib ki, Azərbaycan danışıqları Dağlıq Qarabağın özü ilə aparmalıdır. İndi isə Paşinyan Dağlıq Qarabağın danışıqlar prosesinə qaytarılması üçün heç nə etməyib və özü danışıqlara başlayıb.

Davos görüşündən sonra Paşinyana hücumlar başladı


Bunlar erməni ekspert çevrələrində və KİV-lərində Paşinyana qarşı qınaqların ümumiləşmiş formasıdır. Habelə erməni KİV-lərində və siyasi çevrələrində hesab edirlər ki, Paşinyanın “torpaqları qaytarmağa” hazırlaşmasının əlamətlərindən biri də Azərbaycanın son vaxtlar Qarabağ məsələsində ritorikanı dəyişib daha yumşaq mövqedən çıxış etməsidir. Erməni KİV-ləri üçün yazan və çıxış edən rusiyalı politoloq Stanislav Tarasov isə daha da uzağa gedərək iddia edib ki, bu ilin iyun ayında Paşinyanla Əliyev Qarabağa dair razılaşma imzalayacaq və həmin razılaşma əsasında Ermənistan bir neçə rayonu qaytarmalı olacaq.

“Detalların müzakirə edilmədiyini iddia etsələr də biz uşaq deyilik və gözəl başa düşürük ki, əgər konkret söhbət predmeti yoxdursa o zaman saatlarla danışmaq mümkün deyil. Son aylar gedən bu proses, saatlarla davam edən danışıqlar göstərir ki, ciddi müzakirələr gedir, konkret layihə ətrafında “alver” var, o danışıqlar masası üzərindədir”-Tarasov “168 jam” qəzetinə müsahibəsində deyib.

Davos görüşündən sonra Paşinyana hücumlar başladı


O, Davos görüşünü qiymətləndirərkən bildirib ki, Əliyev çox məmnun görünür, Paşinyan isə üzgündür. Çünki Əliyev bu partiyanı udur, ona görə ki, Paşinyan Dağlıq Qarabağın danışıqlarda tərəf olacağını demişdi. Amma bu istiqamətdə heç bir addım atılmayıb. Əvəzində indi tərəflər xalqları sülhə hazırlamaqdan danışırlar.

“İstənilən ciddi, savadlı konfliktoloq, hətta beynəlxalq münasibətlər fakültəsinin ikinci kurs tələbəsi sizə izah edə bilər ki, münaqişələrin nizamlanması prosesində tərəflər sülh, etimad mexanizmi haqda ancaq müəyyən mərhələni keçəndən sonra danışa bilərlər. Yəni bu, üçüncü və ya dördüncü mərhələdə baş verir”-Tarasov deyib.

S.Tarasov iddia edib ki, iyun ayında Paşinyan və Əliyev Qarabağa dair razılaşma imzalayacaq və erməni tərəfi birbaşa olmayan kompromislər formasında bir neçə rayonu qaytarmalı olacaq. Onun ardınca isə Türkiyə parlamenti Sürix protokolunu ratifikasiya edəcək, diplomatik münasibətlər bərpa olunacaq, sərhədlər açılacaq.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *