Davosda Əliyev-Paşinyan görüşünün görüntüləri » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Video

Davosda Əliyev-Paşinyan görüşünün görüntüləri – VİDEO

Davosda Əliyev-Paşinyan görüşünün görüntüləri

Erməni KİV-ləri ötən gün yanvarın 22-də axşam Davosda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş qeyri-formal görüşə dair qısa videogörüntüləri yayıb. Kadrlara əsasən görüş Dünya İqtisadi Forumunun keçirildiyi binanın otaqlarından birində baş tutur. Qeyri-formal müzakirələrin təfərrüatları məlum deyil.

Nikol Paşinyan özünün Facebook səhifəsində görüşün saat yarım çəkdiyini və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə olunduğunu yazıb.

***

Yanvarın 22-də Davos Ümumdünya iqtisadi forumunda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-formal görüşü baş tutub.

“AzərTAc” xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti müzakirə olunub.

* * *21:49

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün yanvarın 22-də Davosda Azərbaycan prezidenti ilə görüşəcəyini açıqlayıb. Virtualaz.org xəbər verir ki, Paşinyan bu haqda “RİA Novosti”yə açıqlamasında deyib.

“Bəli, qeyri-formal görüş planlaşdırılır”, - Paşinyan jurnalistin Azərbaycan prezidenti ilə görüşüb-görüşməyəcəyinə dair sualına cavab olaraq deyib.

Bundan əvvəl Paşinyan mətbuat konfransında Azərbaycan prezidenti ilə nə zaman görüşəcəyi haqda suala belə cavab vermişdi: “Çox tezliklə”.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti” agentliyinə açıqlamasında Ermənistanla rəhbərliyi ilə tamformatlı danışıqların hələ baş tutmadığını, amma “bir neçə faydalı görüş olduğunu” bildirib. Onun sözlərinə görə, MDB sammitində baş tutan bu görüşlər tərəflərin Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin müəyyən edilməsi və danışıqların fəallaşdırılması baxımından faydalı olub.



Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *