İlqar Məmmədov gözəl azərbaycanlı qadınları Bakını tərk etməyə çağırdı və qalmaqal yaratdı
Müxalif “ReAl” hərəkatının lideri İlqar Məmmədov sosial şəbəkələrdə növbəti qalmaqala səbəb olub. Virtualaz.org xəbər verir ki, buna səbəb müxalifətçinin sosial şəbəkədə Azərbaycan xalqını təhqir edən yazısı səbəb olub.
İlqar Məmmədov özünün “Facebook” səhifəsində yazıb: “Şimali Koreyada insan haqları problemi bilirsiz nədən ibarətdir? Orada siyasi məhbus problemi bizdəki formada yoxdur. Doğrudan da ağlı başında olan adam artıq onilliklərdir ki, müxalifətçilik etməz, başını aşağı salıb bir parça çörəyini yeyər. Şimali Koreyada problem başqadır: polis küçədə qəşəng qadın görəndə aparır özü ilə əylənməyə. Cürətin var, etiraz elə! Azərbaycan kütləvi qorxu atmosferi baxımından daha da sürətlə koreyalaşır deyə cinsi ehtiyacları yüksək olan gənc oğlanlara indidən polisə yazılmağı tövsiyə edərdim, gözəl qadınlara isə ölkəni tezliklə tərk etməyi. Ya da gəlin qarşıdan gələn seçkidə YAP-ı darmadağın edək, şimali-koreyalaşmayaq”.
Siyasətçinin statusu qalmaqala səbəb olub, özü isə tezliklə yazdığı qeydi silmək məcburiyyətində qalıb. Bununla bağlı İlqar Məmmədov əlavə heç bir şərh verməyib.
Mənbə:> Virtualaz.org